İsrailin HƏMAS ilə atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağına humanitar yardımın daxil olmasına mane olduğu və gecikdirdiyi açıqlanıb.
Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada İsrailin imzaladığı atəşkəs razılaşmasına əməl etmədiyi və atəşkəs çərçivəsində humanitar protokolu gecikdirdiyi bildirilib.
Açıqlamada İsrailin Qəzzaya hücumlarının yaratdığı humanitar böhrana diqqət çəkilərək bildirilib ki, atəşkəs razılaşması çərçivəsində humanitar protokola baxmayaraq, İsrail fələstinlilərin təcili ehtiyac duyduğu sığınacaq, qida və humanitar yardımların Qəzzaya daxil olmasına mane olur.
Atəşkəs çərçivəsində humanitar protokola əsasən, 7 gün ərzində 50-si yanacaq olmaqla, gündə 60 min avtomaşın, 200 min çadır, 600 yardım maşını, o cümlədən hərbi qulluqçular və mülki müdafiə personalının ehtiyacı olan humanitar və tibbi yardım və avadanlıqlar çatdırılmalıdır.
Lakin işğalçı İsrail maneələr yaradaraq humanitar protokolun icrasını ləngidir. Bu vəziyyət Qəzzada humanitar böhranı daha da dərinləşdirir və mülki əhalinin əziyyətini artırır.
İsrailin Qəzzaya müxtəlif yardım və avadanlıqların çatdırılmasına mane olmasının ciddi əks-sədaları və mənfi təsirləri olacağı bildirilib.
Açıqlamada İsrailin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsinin nəticələrinə görə İsrail və ABŞ administrasiyası məsuliyyət daşıyır.
Atəşkəsin təminatçısı olan ölkələri və beynəlxalq ictimaiyyəti atəşkəs çərçivəsində humanitar protokolun müddəalarının maneəsiz yerinə yetirilməsini təmin etmək üçün öz öhdəliklərini səmərəli şəkildə üzərinə götürməyə və İsrailə təzyiq göstərməyə çağırıb.
Qeyd edək ki, HƏMAS və İsrail arasında əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşması bazar günü, yanvarın 19-u Türkiyə vaxtı ilə saat 12:15-də qüvvəyə minib.