Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, yığmamız AVRO-2026-nın əsas seçmə mərhələsində üçüncü matçını keçirəcək.
Komandamız ev görüşündə Yunanıstanı qəbul edəcək. Hesabında qələbə olmayan Vitali Borisovun yetirmələri son pillədən qurtulmaq üçün mütləq qalib gəlməlidir.
AVRO-2026-nın əsas seçmə mərhələsi
V qrup
4 fevral
20:00. Azərbaycan – Yunanıstan
Hakimlər: Telmen Undrakh (Norveç), Yakob Pavlovski (Almaniya), Dag Erik Tangvik (Norveç)
Bakı İdman Sarayı
1 | Xorvatiya | 1 | 1 | 0 | 0 | 9-2 | 3 |
2 | Yunanıstan | 1 | 1 | 0 | 0 | 4-1 | 3 |
3 | İsveç | 2 | 0 | 1 | 1 | 4-7 | 1 |
4 | Azərbaycan | 2 | 0 | 1 | 1 | 5-12 | 1 |
Qeyd edək ki, millimiz növbəti oyununu martın 11-də Yunanıstana qarşı səfərdə keçirəcək.
İdman.biz