EN

Donald Tramp ilk dəvətini etdi: Vaşinqtona gedəcək dövlət başçısı kimdir?

Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla görüşə dəvət alıb.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” xəbər verir. Qeyd olunur ki, görüşün gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caiswal Modinin ABŞ-a gözlənilən səfərini açıqlamışdı. O qeyd edib ki, tarixlər üzərində iş gedir. Tramp daha əvvəl Rusiya və Ukrayna ilə planlaşdırılan danışıqları açıqlamışdı. Trampla görüşəcək ilk dünya liderinin İsrailin baş naziri Binyamin Netanyahu olacağı da bildirilirdi.

//Samir Qurbanov, Editor.az

Chosen
2
editor.az

1Sources