AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin yekunları yaxın günlərdə təqdim olunacaq.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.