Bakı. Trend:
Oyuncaqlarla ənənəvi oyunlar uşaqların sosial, motor vəemosional bacarıqlarının inkişafında və formalaşmasında həm əsasvasitə, həm də stimullaşdırıcı prosesdir.
Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da psixoloq Elnarə Baxışlı açıqlayıb.
Onun sözlərinə görə, son dövrlərdə telefon, televizor kimitexnoloji vasitələrin uşaqların həyatına erkən daxil olması ənənəvioyun prosesini azaldıb:
“Əgər əvvəllər uşaqlar 10-11 yaşına kimi oyun oynayırdılarsa,indi 5-6 yaşlarında artıq oyuncaqlardan uzaqlaşırlar. Buna ilkinsəbəb müasir texnologiyadırsa, valideynlər digər səbəb kimiuşaqların məktəbə getməsi ilə əlaqələndirirlər. Bəzi valideynlərdüşünürlər ki, məktəbə gedən uşağın oynamağa vaxt sərf etməsiitkidən başqa bir şey deyil. Halbuki, uşaqların yaşına görə nəzərəalsaq bu yaş dövrləri üçün müxtəlif, maraqlı, stolüstü, yaradıcı vətəcrübə xarakterli oyunlar vardır. Ümumilikdə, insan 18 yaşınaqədər də oyun oynaya bilər”.
Psixoloq sonda qeyd edib ki, bura mürəkkəb məzmunlu oyunlar,idman oyunları, məntiq oyunları, konstruktor tipli oyunları da aidedə bilərik.