EN

Salvador ABŞ-dən olan təhlükəli cinayətkarlar üçün öz həbsxanalarını təklif edib

Salvador ABŞ-dən olan təhlükəli cinayətkarları öz həbsxanalarında yerləşdirməyi təklif edib.

Bu barədə Dövlət Departamentinin ABŞ-nin Dövlət Katibi Marko Rubionun Salvador Prezidenti Nayib Bukele ilə San-Salvadorda keçirdiyi görüşün yekunları üzrə məlumatında deyilir.

Bildirilir ki, görüş əsnasında qanunsuz miqrasiya ilə mübarizəyə dair çoxlu sazişlər bağlanıb. N.Bukele zorakılıq cinayətləri törətmiş qanunsuz miqrantları, o cümlədən Venesuelanın "Tren de Aragua" bandasının üzvlərini və istənilən ölkədən qeyri-leqal miqrantları qəbul edərək ölkə həbsxanalarında yerləşdirmək vədini verib.

Mənbə: oxu.az

Chosen
10
oxu.az

1Sources