Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də başlayan müsəlmanların müqəddəs Ramazan ayı öncəsi Suriyaya səfər edəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaranın bu gün Türkiyəyə səfəri başlanır.
“Qəzetimizə daxil olan özəl məlumata görə, Şəra Prezident Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək. Ərdoğanın Ramazan ayı öncəsi cavab səfərinə gedəcəyi bildirilir”, - nəşr belə yazır.