AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.
Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.
Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.
Fəaliyyət coğrafiyası Abşeron-Xızı regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:
1.Amiyət Şirinova - R.ismayılov adına Xızı şəhər tam orta məktəbində İbtida sinif müəllimi;
2.Ətayə Xıdırova - Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə Biologiya müəllimi;
3.Səidə Atakişiyeva - Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;
4.Maral Əzizova - Xırdalan şəhər 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
5.Ruhəngiz Quliyeva - Masazır kənd 2 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;
6.Maya Yaradanquliyeva - Sumqayıt şəhər 23 nömrəli məktəbin Musiqi müəllimi;
7.Mehriban Seyidova - Sumqayıt şəhər M.Füzuli adına 15 № tam orta məktəbdə İngilis dili müəllimi;
8.Aynurə Ağayeva - Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30№ tam orta məktəbdə Riyaziyyat müəllimi;
9.Nigar Vəliyeva - Sumqayıt şəhəri V.İbrahim adına 35 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
10.Ülkər Quluyeva - Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi.