EN

İmişlidə qız qaçıran 3 nəfər tutuldu - YENİLƏNİB

İmişlidə qadının qaçırılmasının təfərrüatları məlum olub.

Avtosfer.az xəbər verir ki, qadın məcburi nikaha daxil olmaq üçün qaçırılıb.

Belə ki, oğlan evi qıza elçi düşüb. Qızın ailəsi isə evliliyə razılıq verməyib.

Bu səbəbdən oğlan dostları ilə birlikdə qızı qaçırıb.

***

İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilib.

Avtomobil qısa vaxtda saxlanılıb. Əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Chosen
17
1
avtosfer.az

2Sources