EN

İnsan haqları təşkilatı İranda həbslərin sayının artdığını bildirib

İranda İnsan Haqları Təşkilatı - HENGAW xəbər verir ki, İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilənlərin sayı yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% artıb.

İnsan Haqları Təşkilatı bildirib ki, yanvar ayı ərzində İranda təhlükəsizlik qüvvələri tərəfindən ən azı 213 vətəndaş həbs edilib. Məlumata görə, 2024-cü ilin yanvar ayında isə bu rəqəm 152 nəfər olub.

Qeyd olunub ki, həbs edilənlər arasında 3 yeniyetmə və 20 qadın da var.

visiontv.az



Chosen
11
visiontv.az

1Sources