EN

“Cənubi Qafqazda sülhün əldə edilməsi ABŞ-nin prioritetləri sırasına daxil edilməlidir” - Paşinyan

“Ermənistanı dəstəkləməyin ən effektiv yolu Cənubi Qafqazda sülhün əldə edilməsi gündəmini ABŞ siyasi elitasının prioritetləri sırasına daxil etməkdir”. 

Missiya.Az “Hraparak”a istinadən xəbər verir ki, bunu ABŞ-də səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Əlbəttə ki, biz azadlıqları, o cümlədən dini azadlıqları təbliğ edirik, amma bilirsiniz ki, insanların azadlıqlarını qorumaq üçün ən yaxşı vasitə davamlı sülhdür”, - deyə siyasətçi vurğulayıb.

Paşinyan qeyd edib ki, bütövlükdə region son dərəcə mürəkkəbdir və bu gün də öz əksini tapmış dərin tarixi ziddiyyətlərlə doludur. İndi biz gələcək üçün perspektivlər açacaq bir gündəmə diqqət yetirməliyik.

Daşqın HəsənovMissiya.Az

Chosen
10
missiya.az

1Sources