2023-cü ilin yayında əsasən ermənilərdən ibarət olan və Ukraynaya qarşı döyüşəcək “Arbat” batalyonunun yaradıldığına dair məlumat Rusiya mediasının əsas gündəm mövzularından birinə, onun yaradıcısı Armen Sarkisyan(Qorlovski) isə az qala “ulduz”a çevrilmişdi. Sonradan gözlənildiyi kimi, bu batalyonun hər hansı uğurlu əməliyyatı, şücaəti barədə heç nə eşidən olmadı və ortada həmişəki kimi arxasında ciddi bir şey olmayan erməni səs-küyündən başqa heç nə qalmadı. Sarkisyanın özünün “ulduzu” isə ötən gün Moskvanın şimal-qərbində yerləşən elit yaşayış komplekslərindən olan “Alıye Parusa”dakı binanın girişində söndü, daha doğrusu, söndürüldü…