![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/17386516095830728780_1200x630.webp)
"Mançester Siti" klubu Portuqaliya "Portu"sundan Niko Qonsalesi 60 milyon avro təzminat qarşılığında heyətinə qatıb. İngiltərə mediasının yazdığına görə, ispaniyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Məlumat üçün bildirək ki, "Portu"ya "Barselona"dan keçən 23 yaşlı futbolçu sabiq komandasına 24 milyon avro qazandırıb.
Mətləb