EN

Əcnəbilərin rayonlara marağı azdır, səbəb... Deputatdan açıqlama

Milli Məclisin deputatı Vüqar Bayramov, 2024-cü ildə Azərbaycana gələn turistlərin 80 faizdən çoxunun Bakı şəhərinə üstünlük verdiyini qeyd edib. Bayramov, ölkəyə gələn hər 10 turistdən yalnız 2-nin Bakıdan kənara, rayonlara getdiyini vurğulayıb.

QHT.az xəbər verir ki, deputat, əcnəbilərin bölgələrə marağının az olmasının əsas səbəblərindən birinin turizm xidmətlərinin qiymətinin yüksək olması və keyfiyyətin hələ də standartlardan geri qalması olduğunu bildirib. Eyni zamanda, regional turizm potensialının tam olaraq təqdim edilməməsi də bu problemi daha da dərinləşdirir.

Qusarla yanaşı, turistlər Qəbələ, Naftalan, Quba və digər rayonlara da səfər ediblər, lakin gecələmə sayları hələ də Bakının gerisində qalır. 2023-cü illə müqayisədə əcnəbilərin Azərbaycanda keçirdiyi gecələmələrin sayı 26 faiz artıb.

 

Pərvanə Fərhadqızı

Chosen
9
qht.az

1Sources