EN

Kriştiano Ronaldo: "Qızıl top"un artıq heç bir dəyəri yoxdur

Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun hücumçusu, əvvəllər “Real Madrid”də oynamış Kriştiano Ronaldo “Los Blankos”un cinah oyunçusu Vinisius Juniorun “Qızıl top”u almalı olduğunu deyib.

News24.az xəbər verir ki, Ronaldo mükafatla bağlı fikirlərini də bölüşüb.

"Vinisius, şübhəsiz ki, "Qızıl top"a layiq idi, lakin mükafatın artıq heç bir səlahiyyəti yoxdur. Vinnie olduğu yerdə mən olmuşam. O, buna layiq idi, amma bunu almadı, çünki ona inam yoxdur”,- deyə o bildirib.

Xatırladaq ki, braziliyalı futbolçu 2024-cü ilin “Qızıl top” üçün səsvermədə İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə uduzaraq ikinci yeri tutub.

Bu mövsüm Vinisius bütün turnirlərdə 27 oyun keçirib, 17 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.

Ağa Dadaşzadə


Chosen
27
news24.az

1Sources