Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayı başlamamış Suriyaya səfər edə bilər.
Yenisabah.az Türkiye-yə istinadla xəbər verir ki, ona dəvət Suriyanın müvəqqəti rəhbəri Əhməd əl-Şaraa edəcək.
Ramazan ayı bu il fevralın 28-də gün batımında başlayır. Orucun son günü martın 30-u olacaq və Fitr bayramı qeyd olunacaq.
Ərdoğan və əl-Şaraa arasında görüşdə əsasən Suriyanın bərpası və terrorla mübarizə məsələlərinin müzakirəsi planlaşdırılır. Danışıqlar və iki ölkə rəsmilərinin birgə görüşündən sonra iqtisadi, nəqliyyat, rabitə, kənd təsərrüfatı, hərbi-texniki əməkdaşlıq sahələrində mühüm sazişlərin imzalanacağı gözlənilir.
Bundan əlavə, Türkiyə Səudiyyə Ərəbistanından sonra prezident səlahiyyətlərini icra edən ikinci ölkə olacaq.
Telegram kanalımız