Türkiyənin məşhur serialı “Kızıl Goncalar”ın final tarixi bəlli olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə serialın prodüseri Faruk Turqut açıqlama verib.
Onun sözlərinə görə, serial iyunda 50-ci bölümlə final edəcək.
Qeyd edək ki, hazırda “Kızıl Goncalar”ın 35 bölümü yayımlanıb.
Baş rollarda müğənni Özcan Deniz və aktrisa Özgü Namal yer alır.