EN

Gənclərimizi milli dəyərlərimizə zidd olan çirkli oyunlara cəlb etməyə çalışırlar- ÖZƏL

"Azərbaycanın inkişafı hər birimizi qürurlandırır. Ölkəmiz ədalətli mübarizə apararaq uzunmüddətli işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün regionda tamamilə yeni bir siyasi reallıq formalaşıb. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın beynəlxalq nüfuzu artır, iqtisadi imkanları genişlənir və ölkəmiz qlobal proseslərin fəal iştirakçısına çevrilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin 
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib: "Bu uğurların əldə edilməsində gənclərimizin böyük rolu var. Biz gənclərimizlə fəxr edirik! Onlar savadlı, vətənpərvər və milli ruhda yetişirlər. Prezident İlham Əliyev və Birinci vitse-prezident  Mehriban xanım Əliyeva gənclərə xüsusi diqqət və qayğı göstərir, onların inkişafı üçün geniş imkanlar yaradır. Parlamentin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə gənc ailələrin və gənclərin problemləri ilə bağlı ictimai dinləmələr keçirilir. Lakin Azərbaycanın uğurlarını həzm edə bilməyən bəzi qüvvələr gənclərimizi milli dəyərlərimizə zidd olan çirkli oyunlara cəlb etməyə çalışırlar. Buna görə də biz diqqətli olmalı, gənclərimizi yad təsirlərdən qorumalıyıq!" 

Xüsusilə vurğulamaq istəyirəm ki, Sumqayıt şəhəri 2025-ci il üçün "Gənclər Paytaxtı" seçilib! Bu, doğma Sumqayıtımızın gənclər potensialının nə qədər yüksək olduğunu bir daha sübut edir. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildən başlatdığı bu ənənə bu gün də uğurla davam etdirilir. Bu nailiyyət təkcə Sumqayıtın deyil, bütün Azərbaycan gəncliyinin uğurudur! Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Gənclər bizim gələcəyimizdir! Biz bu gələcəyi daha da parlaq etmək üçün bütün imkanlarımızı səfərbər etməliyik!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
olaylar.az

1Sources