Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Mia.az-ın məlumatına görə, bu barədə "Report"un sorğusuna cavab olaraq ADRA-dan bildirilib.