EN

İlon Mask: “USAID Covid-19 kimi biosilah tədqiqatlarını maliyyələşdirib”

Yazını böyüt
Yazını kiçilt

Amerikalı milyarder İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "milyonlarla insanın ölümünə səbəb olan Covid-19 epidemiyası kimi bioloji silah araşdırmalarını maliyyələşdirdiyini" iddia edib.

Hafta.az-ın yazdığına görə. Mask bu barədə X sosial media hesabında paylaşım edib.

Yazıda Mask, "USAID-in milyonlarla insanın ölümünə səbəb olan Covid-19 da daxil olmaqla bioloji silah araşdırmalarını maliyyələşdirmək üçün vergilərinizi istifadə etdiyini bilirdinizmi?" deyib.

Mask ABŞ-ın EcoHealth Alliance Group vasitəsilə USAID-i Covid-19 epidemiyasının istehsal edildiyi iddia olunan Çinin Uhan şəhərindəki laboratoriyalara milyonlarla dollar köçürməkdə ittihamlayır. İlon Mask Covid-19 epidemiyasının bioloji silah olduğunu bildirərək, USAID-in bu araşdırmalara maliyyə dəstəyi verdiyini qeyde dib.

Daha əvvəl USAİD haqqında paylaşım edən Mask agentliyi “şər” və “Amerikaya nifrət edən radikal solçu marksistlərin evi” olmaqda günahlandırıb.

ABŞ mətbuatında dərc olunan xəbərlərdə ABŞ prezidenti Donald Trampın USAİD-i Xarici İşlər Nazirliyinə birləşdirəcək prezident fərmanı hazırladığı bildirilib. Qeyd olunub ki, Trampın USAİD-i ABŞ Dövlət Departamentinə birləşdirəcək prezident fərmanı 10 min əməkdaşı və 40 milyard dollar büdcəsi olan USAİD-in işçilərinin sayını azaldacaq və qurumun muxtariyyətini məhdudlaşdıracaq.

Bildirilib ki, Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) USAID məlumatlarına çıxışında problem yaradan USAID menecerləri inzibati məzuniyyətə göndərilib. Qeyd olunub ki, yanvarın 27-də ABŞ Dövlət Departamenti və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımlar dayandırılıb.

Chosen
15
hafta.az

1Sources