EN

Hovuzda boğulduğu deyilən yeniyetmənin xalası oğlu: "Ev yiyəsi kameranı qırıb" - FOTO

Qəbələdə hovuzda boğulduğu deyilən Ağcabədi rayon sakini, 15 yaşlı Hüseyn Hüseynov ilə bağlı yeni təfərrüat məlum olub.

 

Pravda.az xəbər verir ki,  bu barədə Oxu.Az-a H.Hüseynovun xalası oğlu Rüstəm Məmmədov məlumat verib.

 

Rüstəm Məmmədovun açıqlamasına görə, yayılan məlumatlar yanlışdır:

 

"Hüseyn evdə 22 yaşlı güləş müəllimi Nəsir Nəsirovla yarışa gedəcəyini deyib. Sonra yarış təxirə düşdüyü üçün Qəbələnin Vəndam qəsəbəsində yerləşən "A-Frame" istirahət evinə gediblər. 5 nəfər tələbə, müəllim və onun dostları olublar. Ümumilikdə 8 nəfər gediblər. Orada hadisənin necə baş verdiyi bilinmir, uşaq dünyasını dəyişib, adını qoyublar ki, suda boğulub. Sözügedən 5 uşaqdan biri mənə dedi ki, hadisədən sonra ev yiyəsi kameranı qırıb. Mən istəyirəm ki, məsələ düzgün araşdırılsın, aydınlığa çıxsın.

 

Hüseynin atası 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Valideynləri də mənim bildiklərimi bilirlər".

 

Hovuzda

Tarix: 4 Fevral 2025, 12:15   
Chosen
2
5
pravda.az

6Sources