Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldu “Qızıl top” mükafatını tənqid edib.
Msport.az xəbər verir ki, ulduz futbolçu mükafatı təsis edənlərin özlərini hörmətdən saldığını bildirib:
“Vinisius Junior “Qızıl top”u qazanmalı idi, amma vermədilər. Mən özüm də bu hissi bir neçə dəfə yaşayıb əsəbiləşmişəm. Zaman keçdikcə başa düşdüm ki, qalib gəlmək mümkün olmayan döyüşlər var”.
Qeyd edək ki, ötən mövsüm mükafatın qalibi “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri olub.