Pentaqon “Lockheed Martin” müdafiə-sənaye konserni ilə 1,36 milyard dollar dəyərində müqavilə imzalayıb. Müqaviləyə görə ABŞ donanmasının yeni və indiki sualtı qayıqları üçün elektron mübarizə sistemləri istehsal ediləcək.
Herbiand.az bildirir ki, bu barədə RİA Novosti ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Podratçı şirkət artıq xidmətdə olan və yeni hazırlanacaq Amerika sualtı qayıqları üçün AN/BLQ-10 elektron mübarizə sistemlərinin hazırlanması, istehsalı və texniki dəstəyinə cavabdeh olacaq.
Müdafiə Nazirliyi əlavə edib ki, işlər ABŞ Hərbi Dəniz Qüvvələrinin büdcəsindən maliyyələşdirilir. Müqavilənin bitmə vaxtı 2030-cu ilin yanvar ayıdır.
Bəxtiyar CƏFƏRLİ