EN

Quş qripi aşkarlanan ərazilərdən riskli məhsulların idxalı məhdudlaşdırılır - AQTA

Bakı. Trend:

Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrəepizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Xəstəliyindünyanın bütün regionlarında baş verməsi, xüsusilə Avropada endemikxarakter alması, quşlardan savayı məməlilər sinfinə aid suda vəquruda yaşayan heyvanlarda da aşkar edilməsi, xəstəliktörədicisinin genetik xüsusiyyətlərində dəyişikliklərin meydanagəlməsi və digər amillər epizootiyanın genişlənməsinin əsasəlamətləri kimi göstərilə bilər.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının QidaTəhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkəmiz köçəri quşların yaz və payız miqrasiyamarşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrəriskli coğrafi regionda yerləşir.

Buna görə də xəstəliyin izlənməsi daimi olaraq AzərbaycanRespublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindəndiqqət mərkəzində saxlanılır.

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdimetdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlifərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlərtətbiq edilir.

Hazırda xəstəlik aşkarlanan bir sıra ərazilər üzrə bu cürməhdudiyyətlər mövcuddur. Bununla yanaşı, dövri olaraq xəstəliyəqarşı epizootoloji monitorinqlər aparılır. Monitorinqlər aidiyyətiqurumlarla birgə köçəri quşların miqrasiya marşrutlarının keçdiyibölgələrdə yerləşən sənaye müəssisələrində və ailətəsərrüfatlarında saxlanılan, habelə müvafiq təbiət ərazilərindəkivəhşi quşlar əhatə olunmaqla icra edilir. Bu zaman səyyar BSL 2+biotəhlükəsizlik səviyyəli və digər laboratoriyalarınpotensialından istifadə olunur. Ötən illərdə və cari ilin yanvarayında keçirilən monitorinq zamanı xəstəliyə şübhəli hal aşkaredilməyib.

Qeyd edilib ki, 2024-cü il noyabr ayında AQTA tərəfindən təqdimedilmiş hesabatlar nəzərə alınaraq, respublikamızın ərazisi ÜHSTtərəfindən yüksək patogen quş qripindən azad ölkə kimi tanınaraqmüvafiq status təsdiq edilib.

Məqalədə:
Chosen
13
9
az.trend.az

10Sources