EN

"Milan" yeni yarımmüdafiəçi transfer etdi - RƏSMİ

"Milan" sıralarına yeni yarımmüdafiəçi cəlb edib.

Fanat.Az xəbər verir ki, məlumatı "qırmızı-qaralar"ın mətbuat xidməti yayıb.

"Montsa"nın 21 yaşlı futbolçusu Uorren Bondo heyətə qatılıb. Fransalı oyunçu müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. O, İtaliya nəhəngində 39 nömrəli formanı geyinəcək.

Cari mövsüm "Montsa"nın forması ilə bütün turnirlərdə 22 matça çıxan Bondo məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı onun transfer qiymətini 7 milyon avro ilə dəyərləndirir. Fransalı oyunçu ölkəsinin U-20 yığmasında 5, U-19 millisində isə 16 oyun keçirib.

Nihat 

Chosen
33
fanat.az

1Sources