EN

Ötən il 551 milyonluq toxuculuq və dəri məhsulları istehsal edilib

Azərbaycanda 2024-cü ildə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 551,4 milyon manat dəyərində məhsul istehsal edilib. 

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü il ilə müqayisədə geyim istehsalında 24,7 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 9,3 faiz, toxuculuq sənayesində isə 0,9 faiz artım müşahidə olunub.

Məlumata görə, ötən il 920,7 min ədəd (34,8 faiz çox) üst geyimi, 3 min 216 ədəd (42,3 faiz çox) istehsalat və peşə komplektləri, 1 milyon 771,6 min ədəd (88,3 çox) alt geyimi, 5 min 509,7 ədəd (19.9 faiz az) sair geyim və 3 milyon 837,6 min cüt (9.1 faiz az) corab istehsal olunub.

Davud

Chosen
3
valyuta.az

1Sources