EN

"Elə bilirdilər ki, həqiqətən Efe, Aslı,Deniz, Mine var" - Pelin Karahan

"Elə bilirdilər ki, həqiqətən Efe, Aslı,Deniz, Mine var" - Pelin KarahanAktrisa Pelin Karahan "Kavak Yelleri" serialındakı rolundan danışıb.

BiG.AZ xəbər verir ki, aktrisa türk mətbuatına açıqlama verib.

"Hər kəs o rolların gerçək olduğunu düşünürdü. Elə bilirdilər ki, həqiqətən Efe, Aslı,Deniz, Mine var. Ailələrindən,həyatlarından bir parça kimi davranırdılar. Bu, səmimiyyətlə görülmüş iş idi. Bu işin təhsilini almadım, televiziyada ilk işim olduğuna görə ürəyimdən gəldiyi kimi oynadım. Aslı içimizdən biri kimi idi" ,- deyə o bildirib.

Chosen
7
big.az

1Sources