Bakı. Trend:
İqlimlə bağlı dinamik dəyişikliklərin fəsadı olaraq dünyaokeanının səviyyəsi 2300-cü ilə qədər 10 metr qalxa bilər.
Trend xariciKİV-lərə istinadənb xəbər verir ki, bunu Darem universitetinincoğrafiya fakültəsinin dosenti Tom Çadli deyib.
“Dinamik qeyri-sabitlik dəniz səviyyəsinin 2100-cü ilə qədər 1metr, 2300-cü ilə qədər isə 10 metrə qədər yüksəlməsinə gətiribçıxara bilər”,- deyə professor bildirib.
Alim ən çox baş verən iqlim dəyişikliklərinin templərindənheyrətləndiyini vurğulayıb. Onun sözlərinə görə, bundan əvvəlekoloji problemlərin təsiri altında Qrenlandiyada baş verəndəyişikliklər 10 il ərzində nəzərə çarpırdısa, indi bu proses cəmi5 il çəkir.