EN

İki aydır Gömrük Akademiyasında təqaüdlər verilmir – KİV


Xəbər verdiyimiz kimi, daha əvvəl mətbuatda Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əməkhaqlarının verilməməsinə dair məlumat yayılıb və bu rəsmi qaydada öz təsdiqini tapıb.
Yeniavaz.com
xəbər verir ki, indi də Dövlət Gömrük Akademiyasının bir qrup tələbəsi Gununsesi.info-ya müraciət edərək iki aydır təqaüdlərini ala bilmədiklərini deyiblər.
Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib.
“Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir”, - deyə tələbələr bildirib.
İddia ilə bağlı DGK ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Chosen
3
yeniavaz.com

1Sources