EN

Türkiyə Ticarət Nazirliyi üç məhsulu bazardan çıxarır

Bakı,TurkicWorld

Türkiyənin Ticarət Nazirliyi uşaqlar üçün bəzi geyim və oyuncaqları geri çağırmaq qərarına gəlib.

TurkicWorld xəbər verir ki “Təhlükəsiz Məhsul Məlumat Sistemi” vasitəsilə elan edilən məhsulların istifadəsi qadağan edilib, tədarükü dayandırılıb və geri çağırılması qərara alınıb.

Nazirlik bir uşaq geyimi məhsulunun və iki oyuncağın sağlamlığa zərərli olduğunu müəyyən edib. Müvafiq məhsulların qadağan edilməsi və bazardan çıxarılması qərara alınıb.

Chosen
16
turkic.world

1Sources