EN

Kremlin sözçüsü: Avropada militarist yanaşma üstünlük təşkil edir – ÖZƏL

Avropada bu gün militarist yanaşma dominant mövqedədir. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov fevralın 4-də bəyan edib.

Onun sözlərinə görə, Avropa ölkələri hərbi xərcləri artıraraq iqtisadiyyatlarını böhran vəziyyətinə sürükləyir.

Xatırladaq ki, bir gün əvvəl, fevralın 3-də Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Avropa İttifaqının ən azı 100 milyard avro həcmində müdafiə fondu yaratmağa çağırmışdı. O bildirmişdi ki, bu addım Avropanın ABŞ-dan "strateji müstəqilliyini" təmin etmək üçün vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
1
olaylar.az

1Sources