EN

Brent neftinin qiyməti 75 dollardan aşağı düşdü

Çərşənbə axşamı neft, ABŞ prezidenti Donald Trampın ölkənin iki ən böyük neft tədarükçüsü olan Meksika və Kanadaya yüksək tarif (gömrük rüsumu) tətbiq etməsini bir ay təxirə salınacağını elan etməsindən sonra ucuzlaşıb.

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 13:39-a olan məlumata görə, Brent fyuçersləri 1,4 faiz düşərək barreli 74,90 dollara, ABŞ xam neftinin fyuçersləri 1,5 faiz ucuzlaşaraq 71,72 dollara düşüb.

Həm Kanadanın baş naziri Kastin Trudeau, həm də Meksika prezidenti Klaudiya Şeynbaum Trampın immiqrasiya və narkotik ticarətinə qarşı sərt tədbirlər tələbinə cavab olaraq sərhədlərin qorunması səylərini artırmağa razılaşdıqlarını bildiriblər.

Ağ Ev Trampın Çin prezidenti Si Cinpinlə danışıqlar aparmağı planlaşdırdığını və bütün Çin mallarına 10 faizlik gömrük rüsumunun çərşənbə axşamından etibarən qüvvəyə minəcəyini bildirib. Buna cavab olaraq Çin bəzi ABŞ məhsullarına yeni tariflər elan edib və Google-a qarşı yeni araşdırma başladıb.

Chosen
32
marja.az

1Sources