Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada Suriyada Türkiyə hava bazalarının yaradılmasını müzakirə edəcək.
Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan Suriya təhlükəsizlik rəsmisi məlumat verib.
Onun sözlərinə görə, liderlər həmçinin Suriyanın yeni ordusunun hazırlanmasında Türkiyənin onlara köməyini də müzakirə edəcəklər.
Qeyd edək ki, Əhməd əş-Şaraa bu gün Türkiyəyə səfər edəcək.
Daşqın HəsənovMissiya.Az