Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər rəsmi səfər çərçivəsində Qətərə gedib.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, nazir Yaşar Gülər əvvəlcə Qətərin Baş nazirinin müavini və Müdafiə İşləri üzrə Dövlət Naziri Şeyx Səud Bin Əbdülrəhman Bin Həsən Bin Əli Al Tanini ziyarət edib və hərbi mərasimlə qarşılanıb.
Nazir Yaşar Gülər və Qətərli həmkarı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.