EN

Bakıda "Formula 1" yarışı bu tarixdə keçiriləcək

Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.Metbuat.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.Əsas yarış sentyabrın 21-də, yerli vaxtla saat 15:00-da start götürəcək.Sentyabrın 19-da, saat 12:30-da birinci sərbəst yürüş, 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat gerçəkləşəcək.

Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.

Chosen
23
12
metbuat.az

10Sources