Azərbaycan Dövlət Kukla Teatrında həvəskar və peşəkar inklüziv aktyorların iştirakı ilə xüsusi tamaşa təqdim olunacaq.
News365.az xəbər verir ki, "Oyun" inklüziv teatrı "Parkda" tamaşasını nümayiş etdirəcək.
Bu tamaşa cəmiyyətin müxtəlif üzvlərini bir araya gətirərək inklüzivliyin və bərabər imkanların əhəmiyyətini vurğulayır.
Bildirilib ki, tədbir inklüziv teatrın inkişafına və sosial inteqrasiyaya töhfə verməyi hədəfləyir.