EN

Paşinyandan “erməni soyqırımı” ilə bağlı ikibaşlı AÇIQLAMA

“Mənim bu yaxınlarda “erməni soyqırımı” ilə bağlı bəyanatım hay-küy yaratdı. Buna baxmayaraq, nəhayət başa düşməliyik ki, bu, bizi idarə etmək üçün  müstəqil yaşamağımızı qeyri-mümkünə çevirmək istəyən qüvvələrə aiddir”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də erməni icmasının nümayəndələri ilə görüşündə belə deyib. 

Əvvəllər bu qənaətə gəlmədiyindən təəssüflənən Paşinyan baş nazir olanda bu nəticəyə gəldiyini bildirib: 

“Mənim müxtəlif liderlərlə eyni mövzuda söhbətim var. Onlar deyirlər ki, bilirsən nə var, bu dünyada hər kəsin rolu var, sənin rolun da əzab çəkməkdir. 

İnsanlar, niyə belə həyəcanlandınız? Başa düşürük ki, biz əzab çəkmişik, bir çox hallarda bizim əzab çəkməyimizə siz də yardım göstərmisiniz. Amma biz daha əzab çəkmək istəmirik. Biz adi xalq olmaq istəyirik. Biz istəyirik ki, Ermənistanda sadə bir insan adi həyat yaşasın, əzab çəkən xalqın nümayəndəsi rolunda olmasın. Hesab edirəm ki, bu, çox vacib məsələdir və biz bunu milli səviyyədə müzakirə etməliyik. İstəmirəm ki, bu, bizim tarixi missiyamız, rolumuz, bu dünyadakı yerimiz olsun. Bu, baş verən ritorika dəyişikliyidir”. 

Paşinyan hesab edir ki, bu ritorikanın reallığa çevrilməsi tarixi bir missiyadır:

“Biz bu missiyanı yerinə yetirmək üçün mübarizə aparacağıq”. 

Chosen
8
cebheinfo.az

1Sources