EN

"Zenit" müdafiəçisini satmaqdan imtina edib

Hüquqları "Zenit"ə məxsus olan müdafiəçi Vanya Drkusiç karyerasını İtaliya çempionatında davam etdirə bilər.

90deqiqe.Az "Metaratings.ru"ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində "Sevilya" və "Verona" maraqlıdı.

Hər iki klub sloveniyalının transferi üçün “Zenit”ə müraciət etsə də, “mavi-ağ-göylər” müdafiə oyunçularının çatışmazlığı səbəbindən futbolçunu buraxmayıb.

Sloveniyalı bu mövsümün ilk yarısını icarə əsasında Belqradın "Srvena Zvezda" klubunda keçirib. Müdafiəçi Serbiya çempionatının doqquz oyununda iştirak edib və bir qol vurub.

Chosen
13
90deqiqe.az

1Sources