EN

Paytaxt ərazisində evlərin qiyməti nə qədər artıb? VİDEO

Paytaxtda evlərin qiyməti artıb.  

Xezerxeber.az xəbər verir ki, bəzi ərazilərdə  5,  bəzilərində isə 16 faiz bahalaşma var.

Ekspertlər bildirir ki, 2023 cü ilin son ayı ilə  müqayisədə 2024 cü ilin sonuncu ayında evlərin qiyməti  13,3% artıb. İqtisadçı ekspert Vüqar Orucucun sözlərinə görə, təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin 1 kvadrat metrinin qiyməti  ay ərzində 1,9% , illik isə 12,3% artıb. Köhnə tikililərdə isə ay ərzində 1,5%, illik artım isə 10,5% təşkil edib.

Onlar bildirir ki, növbəti ildə daha böyük bir artım ola bilər.

Vüqar Oruc qeyd edib ki, mərkəzi ərazilər və mərkəzə yaxın bölgələrdə qiymət artımı daha yüksəkdir, kənar rayonlarda isə artım  azdır.

Belə ki, ən çox artım Nərimanov rayonunda, ən az artım isə Qaradağ rayonunda müşahidə olunur. Ortalama artım isə 12.2% dir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
12
8
xezerxeber.az

10Sources