EN

Gənc qalmağın sirri: Dəriyə ən çox zərər verən vərdişlər

“Harvard Health” tərəfindən dərc edilən hesabata görə, bir çox insan bilmədən dərisini sürətlə qocaldan səhvlər edir. Yanlış qulluq texnikası, günəşdən qorunmamaq və siqaret çəkmək kimi faktorlar dəriyə mənfi təsir göstərir.

Bəs, ən çox yayılmış səhvlər hansılardır? Gənc və sağlam dəri üçün nə etmək lazımdır?

Publika.az xəbər verir ki, dərinin vaxtından əvvəl qocalmasına səbəb olan və qırışların əmələ gəlməsini sürətləndirən dörd əsas səhv var.

1. Günəş kremindən istifadə etməmək

Dəriyə qulluqda ən böyük səhvlərdən biri günəş kremindən istifadə etməməkdir. “Harvard” mütəxəssislərinin fikrincə, günəş şüası dəri hüceyrələrini zədələyir.

  • Günəşdən qorunmadan çölə çıxmaq qırışları çoxaldır.
  • SPF 30 və ya daha yüksək olan günəş kremindən istifadə dərini ultrabənövşəyi şüaların zərərindən qoruyur.
  • Günəşdən qorunmayan dəridə tez qocalma əlamətləri görünür. Bu səbəbdən mütəxəssislər hər gün müntəzəm olaraq günəş kremindən istifadə etməyi tövsiyə edir.

2. Günəş eynəyi və papaq taxmamaq

Göz ətrafındakı qırışların ən böyük səbəblərindən biri günəş eynəyi və papaq taxmamaqdır.

Chosen
9
publika.az

1Sources