EN

Öcalan çağırış edəcək – PKK dövrü rəsmən bitir

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan yaxın günlərdə çağırış edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin müxalif Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) həmsədri Tuncər Bakırhan məlumat verib.

“Öcalan yaxın günlərdə tarixi çağırış etməyə hazırlaşır, onu dəstəkləyirik. Fevralın 15-i də ola bilər, sonra da. Hökuməti tarixi həldə öz rolunu oynamağa çağırırıq, top artıq Ərdoğanın meydanındadır”, - partiya rəsmisi bildirib.

Çağırışın PKK-nı silaha yerə qoyaraq, silahlı mübarizəni dayandırmaqla və təşkilatın ləğvi ilə bağlı olacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
1
teleqraf.com

1Sources