EN

Azərbaycan millisinin baş məşqçisi: “Avropa çempionatının oyunlarına gənc komanda ilə çıxacağıq"

Avropa çempionatının oyunlarına gənc komanda ilə çıxacağıq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın basketbolçulardan ibarət yığmasının baş məşqçisi Evren Alkaya Avropa çempionatının seçmə mərhələsində Belçika və Polşaya qarşı keçiriləcək oyunlarla bağlı danışarkən deyib.

Mütəxəssis yığma üzvlərinin əksəriyyətinin gənc olduğunu vurğulayıb:

“Təxminən bir aydır ki, Belçika və Polşa ilə matçlara hazırlaşırıq. Millidə gəncləşdirmə prosesi aparılır. Hazırda 12 oyunçudan 11-nin yaşı 17-dən azdır. Yarışa tamamilə gənc komanda ilə gedəcəyik. Yeganə təcrübəli basketbolçumuz Aleksandra Molenhauerdir”.

O, Belçika millisinin təcrübəli olduğunu qabardıb:

“Güc, həmçinin texniki-taktiki hazırlıqları keçmişik. Rəqib Belçika yığması ABŞ millisinə cəmi bir top fərqi ilə uduzmuş, olimpiadalarda uğurlar qazanmış, son Avropa çempionudur. Hesabın fərqli olacağını düşünürəm. Təbii ki, əlimizdən gələni edəcəyik”.

E.Alkaya azarkeşlərdən dəstək istəyib:

“Lyihəmiz var, bu oyunçuların qarşıdakı 3 il ərzində ən yaxşı səviyyəyə çatacağını düşünürük. Bu qızları ən yüksk səviyyəyə çatdıraraq Azərbaycan üçün gələcəyin komandasını qururq. Çox ciddi, keyfiyyətli oyunçularımız var. Təbii ki, beynəlxalq arenada onların lazımi səviyyədə mübarizə aparması hələ tezdir. Bu yaşda basketbolçular nə qədər yaxşı oynasalar da, rəqib çox təcrübəlidir. Oyunları ən uğurlu şəkildə bitirməyə çalışacağıq. Sadəcə, azarkeşlərin bu uşaqların yanında olmalarını, komandanın gənclərdən təşkil edildiyini və yarışa təcrübə qazanmaq üçün gedəcəyini bilmələrini istəyirik. Uşaqların çatacağı səviyyə bu cür önəmli matçlardan sonra müəyyənləşəcək”.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 6-da səfərdə Belçika, 3 gün sonra isə Bakıda Polşa ilə qarşılaşacaq.

Chosen
2
report.az

1Sources