EN

Ağstafada ailədaxili mübahisələrin həlli ilə bağlı dəyirmi masa keçirilib - FOTOLAR

Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi və himayədar ailə institutunun inkişafina hədəflənən tədbirlərin həyata keçirilməsi məqsədilə dəyirmi masa keçirilib

QHT.az xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Qazax 1saylı Mediasiya Təşkilatının direktoru Pərvin Əhmədov, mediatoru Zaur Nəsibov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Adil İsmayılov, Sosial Xidmətlər Agentliyi Qazax-Tovuz Regional filialinin aparıcı məsləhətçisi Mahmud Bayramov, Ağstafa Gənclar Evi Sosial Xidmət müəssisəsinin metodisti Kifayat Əlisgəndərova, Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri və Ağstafa rayonu Mərkəzi xəstəxanası publik hüquqi şəxsin nümayəndələri iştirak edib.

Chosen
7
qht.az

1Sources