Haitinin paytaxtı Port-o-Prensdə silahlı dəstələrin hücumu nəticəsində 50 nəfər həlak olub.
Publika.az xəbər verir ki, silahlı dəstələr Port-o-Prensdən 10 kilometr aralıda yerləşən Kenskof şəhərinə hücum ediblər.
İlkin məlumata görə, hücumlarda 50 nəfər həyatını itirib, çoxlu sayda yaralı var. Təhlükəsizlik qüvvələri yetərli olmadığı üçün qəsəbəyə əlavə polis göndərilib.
Haitidəki müstəqil qeyri-hökumət təşkilatının məlumatına görə, hücumlarda 100 ev yanıb. Dəstələr əraziyə nəzarəti ələ keçirmək üçün kütləvi hücum həyata keçiriblər.