EN

Macarıstanın baş naziri: Budapeşt Vaşinqtonla ciddi bir anlaşma imzalayacaq

Macarıstanın baş naziri Viktor Orban öz facebook səhifəsində yazıb ki, Budapeştin Vaşinqtonla ciddi əhəmiyyətli sövdələşmə imzalayacağını və Brüsselin layiq olduğunu alacağını bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Onun sözlərinə görə, bu saziş Macarıstan və ABŞ arasında iqtisadi əlaqələrin saxlanmasına kömək edəcək. Orban Macarıstanın ABŞ prezidenti Donald Trampın vəzifəyə qayıdacağını hər zaman bildiyini və buna görə də buna hazır olduğunu açıqlayıb.

“Biz davamlı danışıqlardayıq və yeni administrasiya ilə yaxşı bir razılaşma əldə edəcəyik”,- baş nazir deyib. O əlavə edib ki, Tramp Amerikanın maraqlarını “hətta Avropaya qarşı” müdafiə edəcək.

//Gülnarə Abasova, Editor.az

Chosen
42
7
editor.az

10Sources