"Milan" heyətinə yenə yeni futbolçu qatıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A seriyası təmsilçisi "Fiorentina"dan 25 yaşlı hücumçu Rikkardo Sottili icarəyə götürüb. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb. Forvard komandada 99 nömrəli formanı geyinəcək.
Sottil 2016-cı ilin fevralından "Fiorentina"nın formasını geyinir. Futbolçu "Peskara" və "Kalyari"də də icarə əsasında çıxış edib. Bu mövsüm Rikkardo bütün turnirlərdə 25 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Cinah oyunçunun "Fiorentina" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.