Sörfinqlə məşğul olan 17 yaşlı qız istirahət zamanı köpəkbalığının qurbanı olub.
Hadisə fevralın 3-də Bribi adasının çimərliyində baş verib. Gənc qız sörfinqlə adanın sahilində üzərkən köpəkbalığı tərəfindən bədənin yuxarı hissəsindən ağır zədə alıb.
Hadisə şahidləri və həkimlər qızı xilas etməyə çalışarkən o, aldığı yaralardan elə yerindəcə ölüb.