Almaniyanın keçmiş kansleri Gerhard Şröder müalicə olunmaq üçün klinikaya yerləşdirilib. Bu barədə siyasətçinin nümayəndəsi məlumat verib. İlkin tibbi yoxlmaya görə, Şröderdə yorğunluq və həddindən artıq zəifləmə əlamətləri sindromu var.
Həkimlər bildirib ki, keçmiş kansler də diqqətini cəmləməkdə çətinlik çəkir və yuxusuzluq problemi yaşayır.
Bu ilin aprelində Şröderin 81 yaşı tamam olacaq. Agentlik qeyd edib ki, siyasətçinin tərəfdaşları onun vəziyyətindən “çoxdan narahat olublar”.
Şröder 1998-2005-ci illərdə Almaniyanın kansleri olub. O, hökumət başçısı postunu tərk etdikdən sonra “Rosneft”in direktorlar şurasına və “Şimal axını” qaz kəmərinin operatoru olan “Nord Stream AG” şirkətinin səhmdarlar komitəsinə rəhbərlik edib. Rusiya xüsusi əməliyyatı başlayandan sonra Şröder “Rosneft”in direktorlar şurasından istefa verib və “Qazprom”un direktorlar şurasına daxil olmaq təklifini rədd edib.
2023-cü ildə SPD partiyasının ildönümünə də o dəvət olunmadı. Eyni zamanda, siyasətçi partiyanın üzvü olaraq qalıb, pensiyası və təminatı saxlanılıb.
2024-cü ilin iyununda Meklenburq-Ön Pommern federal əyalətinin müstəntiqləri keçmiş kansleri dindirməyə çağırıblar. Fond 2021-ci ilin əvvəlində “Şimal axını” qaz kəmərinin tikintisini dəstəkləmək üçün açılıb. Fondu maliyyələşdirən “Nord Stream 2 AG” şirkətidir. 2022-ci ildə fond qaz kəmərinə dəstəyindən imtina etdi.
Siyasətçinin özü Rusiya prezidenti Vladimir Putinlə dostluğunun Ukraynadakı münaqişənin sona çatmasına töhfə verə biləcəyinə inandığını bildirib. 2022-ci ilin martında Şröder Ukrayna üçün sülh planı hazırlayırdı, lakin tərəflər onun müharibənin dayandırılması təkliflərini qəbul etmədilər.
Əziz Mustafa, Oxuməni.az