"Roma" yeni transfer edib.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. A seriyası təmsilçisi "Zalsburq"un yarımmüdafiəçisi Luka Qurna-Duatı heyətinə qatıb. Paytaxt klubu 21 yaşlı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb.
Luka “Roma”da 27 nömrəli forman geyinəcək.
Qeyd edək ki, "Roma" hazırda A seriyasında 31 xalla 9-cudur.