EN

Xatirə İslam kommunal borcunu ödəmir? – AÇIQLAMA

Müğənni Xatirə İslamın kommunal borcunu ödəmədiyi barədə xəbərlər yayılıb. İddiaya görə, müğənninin Nəsimi rayonunda yerləşən mənzilinə görə (şəxsi məlumat olduğu üçün dəqiq ünvanı göstərmirik – red.) kommunal borcu artıq 960 manata qalxıb. Qeyd olunur ki, Xatirə İslam lift xidmətinə görə də ödəniş həyata keçirməyib.

Məsələ ilə bağlı müğənninin köməkçisi Musavat.com-a açıqlamasında bildirib ki, sənətçinin Nəsimi rayonunda mənzili yoxdur:
“Biz bilmirik bu xəbərləri kim yayır. Xatirə xanımın Nəsimi rayonunda mənzili yoxdur. Olmayan mənzilin necə borcu ola bilər?”
Qeyd edək ki, sözügedən məlumatı Axar.az saytı yayıb.
Chosen
30
3
yenilik.az

10Sources